Kabardin-Balkariyada qar uçqunu: 2 nəfər öldü
Kabardin-Balkariya dağlarında qar uçqunu nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Kabardin-Balkariya üzrə Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, daha 10 nəfər qar uçqununun altında qalıb. Axtarış-xilasetmə işləri davam etdirilir.
19:31 06.09.2026
Oxunuş sayı: 53