Starmer və Consonun ortaq vəzifəsi
Böyük Britaniyanın keçmiş baş nazirləri Kir Starmer və Boris Conson parlament üzvlüyündən istefa verdikdən sonra eyni qeyri-adi titulun sahibi olublar.
Crossmedia.az xəbər verir ki, “BBC” onların istefadan sonra “Chiltern Hundreds”un Stüardı və Məhkəmə İcraçısı vəzifəsinə təyin edildiyini yazıb.
Məlumata görə, bu titul 1624-cü ildən qüvvədə olan qanunla bağlıdır. Həmin qanuna əsasən, Böyük Britaniya parlamentinin üzvləri texniki olaraq istefa verə bilməzlər. Deputat parlamentin səlahiyyət müddəti başa çatmadan vəzifədən getmək istəyirsə, deputatlıqdan məhrum edilməsinə səbəb olan hüquqi status əldə etməlidir.
17:18 06.09.2026
Oxunuş sayı: 60