Yaponiya və Rusiya arasında mübahisə - Yaponiya tələb irəli sürdü
Yaponiya Baş naziri Sanae Takaichi Rusiyadan Xabarovsk şəhərində ucaldılmış “Yaponiya üzərində qələbə” abidəsinin sökülməsini tələb edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Baş nazir bildirib ki, abidənin kompozisiyası Yaponiya xalqının hisslərini təhqir edir və Tokio tərəfindən qəbuledilməz hesab olunur.
Takaichinin sözlərinə görə, abidədə sovet əsgərinin üzərində xrizantema gerbi olan sərhəd dirəyini məhv etməsi təsvir edilir. Xrizantema isə Yaponiyanın simvollarından biri kimi qəbul olunur.
14:44 06.09.2026
Oxunuş sayı: 41