Hindistanın böyük planı üzə çıxdı
Hindistanın Baş naziri Narendra Modi ölkədə yaradılan şirkətlərin qlobal liderlərə çevrilməsinin mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Narendra Modi bu barədə açıqlama yayıb.
Modi Hindistanın öz qlobal konsaltinq, mühasibat, hüquq və maliyyə şirkətlərinə sahib olması üçün heç bir maneənin olmadığını vurğulayıb.
“Bu gün qürurla deyirik ki, hindistanlılar dünyanın aparıcı şirkətlərindən bəzilərini idarə edirlər. Əgər hindistanlılar dünyanın aparıcı şirkətlərini idarə edə bilirlərsə, hindistanlıların qurduğu şirkətlər niyə dünyaya rəhbərlik etməsin?” – deyə Modi bildirib.
19:56 06.09.2026
Oxunuş sayı: 52