Peskov Paşinyanın ermənicə çıxışını anlamadığını bildirib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının sammitində erməni dilində çıxış etməsini şərh edib.
Crossmedia.az xəbər verir ki, Peskov çıxış zamanı Paşinyanın dediklərinin rus dilinə tərcümə olunub-olunmayacağını düşündüyünü bildirib. Onun sözlərinə görə, çıxışın tərcüməsi sonradan təmin edilib.
Peskov Paşinyanın erməni dilində çıxışını Ermənistanın “suverenliyini nümayiş etdirmək” istəyinin siqnalı kimi qiymətləndirib. O əlavə edib: “Niyə bunu yalnız rus dilində bəyan etmək olmazdı, düzü, bunu anlamadıq”.
18:52 06.09.2026
Oxunuş sayı: 45