Enerqodardakı bazara yenidən PUA zərbəsi endirilib
Ukrayna ordusunun Zaporojye vilayətinin Enerqodar şəhərində yerləşən bazara PUA ilə zərbə endirdiyi, hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir. Yaralılardan birinin vəziyyətinin son dərəcə ağır olduğu qeyd olunur.
Crossmedia.az xəbər verir ki, Enerqodar şəhərinin meri Maksim Puxov bazarın ikinci dəfə PUA hücumuna məruz qaldığını açıqlayıb.
Yeni hücum nəticəsində ölən və yaralananların olub-olmadığı, eləcə də zərbənin vurduğu ziyan barədə hələlik məlumat verilməyib.
18:27 06.09.2026
Oxunuş sayı: 50