Avropa rəsmiləri Kiyevə gediblər
Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri Kiyevə gediblər.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, səfər Ukrayna hökumətinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşnerlə görüşü ərəfəsində baş tutub.
Agentliyin həmsöhbətləri avropalı rəsmilərin konkret olaraq hansı görüşlərdə iştirak edəcəyini açıqlamayıblar. Qeyd edək ki, sentyabrın 6-da Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin mərkəzində Stiv Uitkoff və Cared Kuşneri qarşılayıb.
16:16 06.09.2026
Oxunuş sayı: 55