Sülh çağırışı: Vatikandan mühüm mesaj
Vatikan dövlət başçısı və katoliklərin ruhani lideri Papa XIV Leo Ukraynanın müxtəlif şəhərlərinə və mülki infrastruktura edilən hücumları izlədiyini bildirərək zorakılığın dayandırılmasına çağırıb.
Crossmedia.az xəbər verir ki, Vatikan bu barədə məlumat yayıb.
Papa Ukraynadakı vəziyyəti kədərlə izlədiyini deyib.
O, zorakılığa son qoyulmasına, dağıntıların dayandırılmasına, tərəflərin dialoq və sülhə açıq olmasına çağırış edib.
19:47 06.09.2026
Oxunuş sayı: 57