Mitsotakis: Yunanıstan Türkiyə ilə yaxşı münasibətlər istəyir
Yunanıstan Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır, lakin iki ölkə arasında əsas fikir ayrılığının Egey və Şərqi Aralıq dənizində dəniz zonalarının delimitasiyası olduğu bildirilib.
Crossmedia.az xəbər verir ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bu barədə açıqlama verib. O, Türkiyənin qaldırdığı və Yunanıstanın mübahisəli hesab etmədiyi məsələləri müzakirə etməyəcəyini bildirib.
Mitsotakis qeyd edib ki, Yunanıstan ərazi sularını 12 dəniz milinədək genişləndirmək hüququnu özündə saxlayır.
18:21 06.09.2026
Oxunuş sayı: 53