Ukrayna döyüşdə İsveç hərbi texnikasından istifadə edir
İsveçin Ukraynaya təqdim etdiyi ASC 890 erkən xəbərdarlıq və idarəetmə təyyarəsi Ukrayna səmasında döyüş missiyalarına başlayıb.
Crossmedia.az “Insider ua”ya istinadən məlumat verir ki, İsveç tərəfindən 2024-cü ildə Ukraynaya təhvil verilən təyyarə artıq döyüş əməliyyatlarında istifadə olunur.
ASC 890 uzaq məsafədən hava hədəflərini aşkarlamaq, hava məkanındakı vəziyyəti izləmək və döyüş aviasiyasının fəaliyyətini koordinasiya etmək imkanına malikdir. Təyyarənin istifadəsi Ukrayna qırıcılarının effektivliyinin artırılmasına və hava əməliyyatlarının daha səmərəli idarə olunmasına imkan verir.
14:25 06.09.2026
Oxunuş sayı: 47