Enerqodarda dron hücumu: yaralananlar var
Ukraynanın Enerqodar şəhərinə bazara dronla zərbə endirilib, nəticədə bir neçə nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Maksim Puxov bu barədə məlumat yayıb.
Puxovun sözlərinə görə, hücum Zaporojye vilayətinin Enerqodar şəhərində Kazanskaya küçəsində yerləşən bazara həyata keçirilib. İlkin məlumata əsasən, yaralananların xəsarətləri yüngül olub.
Yaralanan şəxslərin tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırıldığı bildirilib.
16:02 06.09.2026
Oxunuş sayı: 47