Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib
Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Sumqayıt"ı qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqlənib. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskez vurub.
Xallarının sayını 7-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. "Kimyaçılar" sıfır xalla sonuncu-12-ci sırada qalıb.
Günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" "Kəpəz"i (4:1), "Sabah" "Zirə"ni (5:0), "Neftçi" "Şəfa"nı (4:1) məğlub edib.
20:19 06.09.2026
Oxunuş sayı: 43