İsrail Livana zərbələr endirməkdə davam edir: 4 nəfər öldü
İsrail aviasiyası Livanın cənubuna zərbələr endirib.
Crossmedia.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, İsrailin hava hücumları nəticəsində 4 nəfər həyatını itirib.
Bildirilib ki, İsrail hərbi təyyarəsi Nəbatiyə rayonunun Ərabsəlim qəsəbəsində üçmərtəbəli yaşayış binasına iki raket atıb. Nəticədə bina tamamilə dağılıb.
Bundan başqa, Nəbatiyə əl-Fauka yaşayış məntəqəsində yerləşən “Qəndur” xəstəxanasının da dağıldığı qeyd olunur.
15:04 06.09.2026
Oxunuş sayı: 46