Kiyevdə danışıqların ikinci raunduna Avropa da qoşulur
Ukraynada ABŞ nümayəndələri ilə Stiv Uitkoff və Cared Kuşnerlə Prezident Volodimir Zelenski arasında keçirilən danışıqların ilk mərhələsi başa çatıb. İkinci mərhələyə Böyük Britaniya, Fransa və Almaniyanın milli təhlükəsizlik üzrə müşavirləri qatılacaq.
Crossmedia.az xəbər verir ki, “Ukrinform” bu barədə məlumat yayıb.
İlk görüşün başa çatmasından sonra danışıqların növbəti mərhələsində Avropa ölkələrinin yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin iştirakı nəzərdə tutulur.
19:39 06.09.2026
Oxunuş sayı: 58