Krımda fond rəhbərinin XƏBƏRİ: İcraçı direktor vəfat etdi
Rusiyanın “Hər şey qələbə üçün!” fondunun icraçı direktoru Anatoli Çernışov Krımda Ukrayna Silahlı Qüvvələrinin hava hücumu nəticəsində həlak olub.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Məlumata görə, Çernışovun ölümü Rusiya Xalq Cəbhəsinin (ONF) nümayəndələri tərəfindən təsdiqlənib. Bildirilir ki, hadisə Krımda baş verən hava hücumu zamanı qeydə alınıb.
Hadisənin digər təfərrüatları və Çernışovun ölüm şəraiti barədə əlavə məlumat açıqlanmayıb.
Krımda son aylarda pilotsuz uçuş aparatları ilə bağlı hücumlar nəticəsində ölən və yaralananların olduğu barədə Rusiya rəsmiləri də məlumat yayıblar.
12:52 05.09.2026
Oxunuş sayı: 49