Yava sahillərində 5,2 maqnitudalı zəlzələ qeydə alındı
İndoneziyanın Yava adası sahillərində 5,2 maqnitudalı güclü zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, “Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi” (EMSC) bu barədə məlumat yayıb.
Yeraltı təkanlar sentyabrın 4-də yerli vaxtla saat 12:05-də qeydə alınıb. Zəlzələnin episentri Purvokerto şəhərindən 71 kilometr cənubda yerləşib.
Ocaq 79 kilometr dərinlikdə olub. Təbii fəlakət nəticəsində ölən, yaralanan və dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, ötən gün Çinin şimal-qərbindəki Çinxay əyalətinin şimalında da 5,2 maqnitudalı zəlzələ qeydə alınmışdı.
15:59 04.09.2026
Oxunuş sayı: 48