Bu məktəblərdə tədris onlayn olacaq - RƏSMİ
2026-cı ildə "Formula 1" Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
Bu barədə Crossmedia.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) istinadən məlumat verir.
Qeyd olunub ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.
Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
15:09 03.09.2026
Oxunuş sayı: 51