Nepalda ürəkdağlayan mənzərə yarandı: Cəsədlər tapılmır
Nepalda dağıdıcı qəfil daşqınlar nəticəsində həyatını itirən insanların ailələri yaxınları ilə vidalaşmaq üçün simvolik dəfn mərasimləri keçirirlər.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Daşqınlarda ölən minlərlə insanın cəsədi hələ də tapılmayıb. Bu səbəbdən ailələr mərasimlər zamanı mərhumları təmsil edən simvolik fiqurlardan istifadə edirlər.
Təbii fəlakətin yaratdığı dağıntılar və itkinlərin çoxluğu axtarış-xilasetmə işlərini çətinləşdirir. Cəsədləri tapılmayan şəxslərin ailələri isə ənənəvi dəfn mərasimlərini simvolik şəkildə həyata keçirməklə yaxınları ilə vidalaşmağa çalışırlar.
14:59 03.09.2026
Oxunuş sayı: 39