Bu tərəvəz qan təzyiqinin azalmasına kömək edə bilər
Kardioloq Annapurna Kini yüksək qan təzyiqini azaltmağa kömək edən tərəvəzlərdən birinin çuğundur olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “TODAY” nəşri bu barədə məlumat yayıb.
Həkimin sözlərinə görə, yaş artdıqca qan damarları elastikliyini itirir və damar divarlarında aterosklerotik lövhəciklər toplanmağa başlayır. Bu proses qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Kardioloq bildirib ki, çuğundurun qida rasionuna daxil edilməsi qan təzyiqinin tənzimlənməsinə müsbət təsir göstərə bilər.
“Çuğundur qan damarlarının divarlarına təsir edərək onların hamar əzələlərini genişləndirir. Bunun sayəsində damarlar elastikliyini qoruyur”, – deyə həkim izah edib.
Mütəxəssislərin sözlərinə görə, çuğundurun tərkibindəki təbii nitratlar orqanizmdə azot oksidinə çevrilir. Bu maddə damarların genişlənməsinə və qan dövranının yaxşılaşmasına kömək edir.
Bununla belə, çuğundur yüksək qan təzyiqinin müalicəsini əvəz etmir. Hipertoniyadan əziyyət çəkən şəxslər həkim tərəfindən təyin edilmiş müalicəyə davam etməlidirlər.
10:41 26.10.2026
Oxunuş sayı: 176