Yuxu probleminiz varsa, bu üç məhsula diqqət edin
Rusiyalı həkim-somnoloq Aleksandr Kalinkin yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün ilk növbədə kofein qəbulunu məhdudlaşdırmağı tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, “Rossiya 1” telekanalında yayımlanan “О самом главном” proqramında mütəxəssis bu barədə danışıb.
Həkimin sözlərinə görə, yuxu problemlərinin aradan qaldırılması üçün ilk addım qəhvə istehlakını azaltmaqdır.
“İlk növbədə qəhvə qəbulunu mütləq məhdudlaşdırmaq lazımdır. Biz ümumiyyətlə, bir ay ərzində ondan tamamilə imtina etməyi tövsiyə edirik”, – deyə Kalinkin bildirib.
Somnoloq əlavə edib ki, bu müddətdə tərkibində kofein olan digər məhsulların, o cümlədən çay və şokoladın da qida rasionundan müvəqqəti çıxarılması məqsədəuyğundur.
Onun sözlərinə görə, bir çox insanda yuxu pozuntuları məhz kofeinin təsiri ilə əlaqədardır.
Bundan əvvəl rusiyalı reabilitoloq Sergey Aqapkin də yuxu keyfiyyətini artırmaq üçün günün ikinci yarısında qəhvə içməməyi məsləhət görüb. O bildirib ki, bu tövsiyə xüsusilə yuxuya getməkdə çətinlik çəkən insanlar üçün faydalı ola bilər.
11:22 26.10.2026
Oxunuş sayı: 54