Lula: Ordumuz ABŞ və Çin ordusundan üstündür
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin ordusunu ABŞ, Çin və Rusiya orduları ilə müqayisə edərək açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Braziliya Prezidenti Lula da Silvanın bu barədə açıqlaması yayılıb.
“Bizim ordumuz Çin ordusundan daha böyük, ABŞ ordusundan daha yaxşı və Rusiya ordusundan daha genişdir”, – deyə Braziliya Prezidenti bildirib.
O, ordunun gücünü yalnız hərbi imkanlarla əlaqələndirmədiyini vurğulayıb.
“Bizim ordumuz ləyaqət, demokratiya, təhsil və səhiyyə ordusudur”, – deyə Lula əlavə edib.
10:07 26.10.2026
Oxunuş sayı: 51