Tramp Orbanı BMT-nin Baş katibi görmək istəyir
ABŞ Prezidenti Donald Trampın administrasiyası Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürməyi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Vaşinqton Orbanın namizədliyinin Rusiya və Çin tərəfindən dəstəklənəcəyinə ümid edir. ABŞ administrasiyası onun BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 8-10-nun səsini qazana biləcəyini düşünür.
Məlumata əsasən, Viktor Orban təklifə maraq göstərsə də, seçilmək imkanlarına şübhə ilə yanaşır. O, yalnız qələbəsinə əmin olduğu halda namizədliyini irəli sürmək istəyir.
Donald Tramp və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin aralıq seçkilərdən sonra Orbanın namizədliyini açıq şəkildə dəstəkləyəcəkləri gözlənilir.
Bununla belə, Orbanın namizədliyi ilə bağlı yekun qərar hələ qəbul edilmə
09:13 26.10.2026
Oxunuş sayı: 51