Almaniyada kruiz gəmisi yük gəmisi ilə toqquşub
Almaniyanın şimalındakı Bremerhafen limanında kruiz gəmisinin konteyner daşıyan gəmi ilə toqquşması nəticəsində ciddi maddi ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, “Nordsee-Zeitung” nəşri bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 25-də “Mein Schiff 3” kruiz gəmisinin limandan ayrılması zamanı baş verib.
Toqquşma nəticəsində konteyner gəmisinin gövdəsində təxminən 10 metr uzunluğunda çat yaranıb. Kruiz gəmisinin bir neçə xilasedici qayığı da zədələnib.
İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb.
Bremen polisi güclü külək şəraitində baş verən qəza zamanı iki konteyner gəmisinin toqquşmaya məruz qaldığını açıqlayıb. Lakin “TUI Cruises” şirkəti kruiz gəmisinin yalnız bir konteyner gəmisi ilə toqquşduğunu bildirib.
Hadisədən sonra “Mein Schiff 3” yenidən limana qayıdıb. Gəmilərə dəymiş ziyanın həcmi və qəzanın dəqiq səbəbləri araşdırılır.
10:33 26.10.2026
Oxunuş sayı: 57