Mehriban Əliyevadan daha bir incə təşəbbüs
Xəbər verdiyimiz kimi TƏBİB-in tabeliyində çalışan 72 212 tibb işçisinin əməkhaqqının artırılması qərara alınıb.
Crossmedia.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması təşəbbüsü ilə çıxış edib.
Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Qeyd edək ki, yeni əməkhaqqı qaydaları 1 sentyabr 2026-cı ildən qüvvəyə minib və TƏBİB sistemində çalışan 72 212 tibb işçisini əhatə edir.
İslahat çərçivəsində TƏBİB sisteminin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Maaş artımının məbləği işçinin tutduğu vəzifə, ixtisası, iş yükü, fəaliyyət göstəriciləri və regionların kadr təminatından asılı olacaq.
Ən yüksək artımlar ilkin səhiyyə xidməti göstərən həkimlər, təcili tibbi yardım əməkdaşları, anestezioloq-reanimatoloqlar və regionlarda çatışmazlığı olan ixtisaslar üzrə mütəxəssislər üçün nəzərdə tutulub.
Həmin ixtisaslar üzrə əlavə stimullaşdırıcı ödənişlər də tətbiq ediləcək. Ayrı-ayrı əlavə ödənişlərə isə 1,3 əmsalı tətbiq olunacaq.
16:37 02.09.2026
Oxunuş sayı: 67