Putin dünyaya meydan oxudu: Rusiyanın atom planı üzə çıxdı
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin dünyada kiçik güclü atom energetikasını inkişaf etdirən yeganə dövlət olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidenti bunu Şərq İqtisadi Forumunun plenar sessiyasında deyib.
Putinin sözlərinə görə, Rusiyanın şimalında kiçik güclü ilk üzən atom elektrik stansiyası fəaliyyətə başlayıb və hazırda belə stansiyaların daha bir neçəsinin tikintisi həyata keçirilir.
“Düşünürəm ki, indiyədək dünyada kiçik atom energetikasının inkişafının zəruriliyindən və mümkünlüyündən təkcə danışmayan, bunu praktikada həyata keçirən yeganə ölkə Rusiyadır. Bizdən başqa heç kim bunu etmir”, - deyə Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, ölkə kiçik güclü atom elektrik stansiyalarının tikintisini genişləndirməyi planlaşdırır.
14:45 03.09.2026
Oxunuş sayı: 44