Axar.az-ın 13 yaşı olur
Bu gün Azərbaycanın aparıcı xəbər portallarından biri olan Axar.az-ın yaranmasından 13 il ötür.
Crossmedia.az xəbər verir ki, 2013-cü ilin 19 oktyabrından bu yana sayt ölkəmizdə, regionda və dünyada baş verən hadisələri operativ, obyektiv və peşəkar şəkildə oxucularına çatdıraraq medianın etibarlı ünvanlarından birinə çevrilib. Azərbaycan, rus, ingilis və fars dillərində fəaliyyət göstərən, eyni zamanda ərəb əlifbası ilə Azərbaycan dilində yayımlanan yeganə yerli media orqanı kimi Axar.az oxucularına geniş və çoxşaxəli informasiya təqdim edir.
Crossmedia.az olaraq bu əlamətdar gün münasibətilə Axar.az kollektivini ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə yeni uğurlar, yaradıcı impuls və daha böyük oxucu auditoriyası arzulayıram. Azərbaycan mediasının inkişafına verdiyi töhfələrə görə təşəkkür edir, bundan sonra da peşəkar və obyektiv jurnalistika ənənələrini davam etdirməyinizi diləyirik!
15:50 19.10.2026
Oxunuş sayı: 50