Moskva Ermənistana xəbərdarlıq etdi
Ermənistanın Avropa İttifaqına üzvlük qərarı İrəvanın suveren hüququdur, lakin bu istiqamətdə yaxınlaşma baş verərsə, Rusiya Ermənistana verilən iqtisadi güzəştləri yenidən nəzərdən keçirə bilər.
Crossmedia.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu çərçivəsində bu barədə açıqlama verib.
Overçuk bildirib ki, Moskva Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı qərara müdaxilə etmək niyyətində deyil.
“Onlar necə qərar versələr, elə də olacaq. Bu, onların suveren hüququdur”, - deyə Rusiya rəsmisi bildirib.
Bununla yanaşı, Overçuk qeyd edib ki, Ermənistan Aİ ilə yaxınlaşmağa başlayarsa, Rusiya İrəvanın hazırda istifadə etdiyi iqtisadi güzəştlərə yenidən baxmaq hüququnu özündə saxlayır.
13:20 03.09.2026
Oxunuş sayı: 50