Paşinyan Ermənistanın Rusiya ilə ticarət planını açıqladı
Ermənistan Rusiyadan idxala tətbiq olunan bütün məhdudiyyətlər aradan qaldırılsa belə, ixrac bazarlarının şaxələndirilməsi siyasətindən imtina etməyəcək.
Crossmedia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 3-də hökumətin iclasında bu barədə danışıb.
Paşinyanın sözlərinə görə, ixrac bazarlarının diversifikasiyası artıq böhranlara reaksiya deyil, Ermənistanın uzunmüddətli strategiyasına çevrilib.
Baş nazir bildirib ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində mövcud problemlər hələ də qalır. Bununla belə, onun sözlərinə görə, həm dövlət, həm də biznes bu problemlərin həlli istiqamətində tədricən addımlar atır.
Paşinyan vurğulayıb ki, Ermənistan Rusiya ilə iqtisadi əlaqələri davam etdirərkən digər ixrac bazarlarının inkişafına da diqqət yetirəcək.
14:49 03.09.2026
Oxunuş sayı: 55