Ermənistandan Rusiya ilə bağlı mühüm qərar
Ermənistanın Rusiya ilə viza rejimi tətbiq etmək niyyəti yoxdur.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqi ilə bağlı belə bir plan müzakirə olunmayıb.
“Bizim heç ağlımızdan belə bir şey keçməyib. Əksinə, Rusiyadan gələn turistləri böyük məmnuniyyətlə qəbul edirik və görürük ki, onlar hazırda Ermənistanın turizm imkanlarının tanıdılmasında çox fəal iştirak edirlər”, – Paşinyan deyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Ermənistan Rusiya ilə viza rejimi tətbiq edəcəyi təqdirdə, ilk növbədə öz vətəndaşlarına zərər vuracaq.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Putin Paşinyanı Ermənistanın Avropa İttifaqına üzvlüyü məsələsində mövqeyini müəyyənləşdirməyə çağırıb və bunun mümkün qədər tez edilməsinin vacib olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqına mümkün üzvlüyünü müzakirə etmədiyini açıqlamışdı.
14:45 03.09.2026
Oxunuş sayı: 50