Anar Quliyev: Azərbaycanın minatəmizləmə təcrübəsi başqa ölkələrə nümunə ola bilər
Azərbaycanın minatəmizləmə təcrübəsi başqa ölkələrə nümunə ola bilər.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Şəhərlərin Bərpası üzrə Fəaliyyət və Bərpa Fondu" adlı panel müzakirədə deyib.
Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti təkcə bir ərazinin deyil, bütün regionun dayanıqlı inkişafına töhfə verir:
"Minadan təmizlənmiş torpaqların gələcəkdə necə töhfə verəcəyi də önəmli məqamlardan biridir. Çünki bu məsələ gələcək nəsillərin sağlamlığının təməlidir".
11:45 02.09.2026
Oxunuş sayı: 69