BMT: Sudandakı vəziyyət artıq görməzdən gəlinə bilməz
Sudanın Kordofan bölgəsində 2025-ci ilin sonlarından bəri döyüşlərin şiddətlənməsi nəticəsində 200 mindən çox insan yenidən məcburi köçkünə çevrilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
BMT vəziyyətlə bağlı xəbərdarlıq edərək, böhranın əlamətlərinin artıq görməzdən gəlinə bilməyəcəyini bildirib.
Əl-Obeyid şəhərinin əhalisi təxminən 750 mindən 3,4 milyona yüksəlib. Köçkünlər şəhər əhalisinin təxminən yarısını təşkil edir. Hücumlar su və elektrik təminatı da daxil olmaqla, həyati əhəmiyyətli infrastruktur obyektlərinə zərər vurub.
“Save the Children” təşkilatının ˝Anadolu˝ agentliyinə açıqlamasına görə, Sudanda 17 milyondan çox uşağın humanitar yardıma ehtiyacı var, 8 milyon uşaq isə məktəbə getmir. Təşkilat bunu itirilmiş nəsil riski kimi qiymətləndirib.
20:25 01.09.2026
Oxunuş sayı: 53