Trampdan İrana xəbərdarlıq: Tezliklə nəsə baş verəcək
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda Tehranla danışıqlar aparmadığını və İranla bağlı yaxın vaxtlarda müəyyən hadisələrin baş verəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ağ Evin mətbuat xidməti bu barədə məlumat yayıb.
Tramp jurnalistlərin suallarını cavablandırarkən ABŞ ilə İran arasında danışıqların aparılmadığını təsdiqləyib.
“Xeyr, düşünürəm ki, biz İranla danışıqlar aparmırıq. İstənilən halda, yaxın vaxtlarda nəsə baş verəcək. Əksəriyyət bunun seçkilərdən sonra olacağını düşünür. Nə baş verəcəyini görəcəyik”, – deyə ABŞ lideri bildirib.
Trampın açıqlamaları Ağ Evin mətbuat nümayəndələri tərəfindən yayılıb.
Qeyd edək ki, ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək.
09:55 22.10.2026
Oxunuş sayı: 49