Səhər yeməyində hansı qidalardan uzaq durmaq lazımdır?
Mütəxəssislər səhər yeməyində sürətli karbohidratlarla zəngin qidaların qəbulunun qanda şəkərin səviyyəsində kəskin dəyişikliklərə və gün ərzində həddindən artıq qidalanmaya səbəb ola biləcəyini bildirirlər.
Crossmedia.az xəbər verir ki, “aif.ru” bu barədə məlumat yayıb.
Mütəxəssisin sözlərinə görə, manna sıyığı səhər yeməyi üçün uyğun seçim hesab edilmir. Belə qidaların qəbulu qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə, daha sonra isə tez aşağı düşməsinə səbəb ola bilər. Nəticədə insan yenidən yemək ehtiyacı hiss edir və bu, həddindən artıq qidalanma riskini artırır.
Mütəxəssis səhər yeməyində mürəbbə və qatılaşdırılmış südlə hazırlanan blinçiklər, pankeklər və oladilərin də məhdudlaşdırılmasını tövsiyə edib. Bu qidalar yüksək miqdarda karbohidrat ehtiva edir.
Bildirilib ki, hətta suda bişirilmiş yulaf sıyığı da təkbaşına balanslı səhər yeməyi sayılmır. Çünki onun tərkibində karbohidratlar olsa da, orqanizm üçün vacib olan zülal və yağlar kifayət qədər olmaya bilər.
08:50 22.10.2026
Oxunuş sayı: 55