Kiyev raket atəşinə tutulub: Ölən və yaralananlar var
Ukraynanın paytaxtı Kiyevə oktyabrın 21-i axşam saatlarından başlayan raket hücumları nəticəsində 1 nəfər həlak olub, aralarında 4 uşağın da olduğu 22 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) bu barədə məlumat yayıb.
Məlumata görə, ballistik raket zərbələri paytaxtın altı rayonunu əhatə edib. Hücumlar nəticəsində yaşayış binalarına, nəqliyyat infrastrukturuna və digər obyektlərə ziyan dəyib.
Dnepr rayonunda 1 nəfər həlak olub, 5 nəfər xəsarət alıb. Yaralanan uşaqlardan biri xəstəxanaya yerləşdirilib. Rayonda yaşayış evləri və avtomobillər zədələnib.
Peçersk rayonunda aralarında 3 uşağın da olduğu 8 nəfər xəsarət alıb. Hücum nəticəsində binalara, təcili tibbi yardım avtomobilinə və monastıra ziyan dəyib.
Qoloseyev rayonunda qeyri-yaşayış binasına endirilən zərbə nəticəsində 6 nəfər yaralanıb.
Obolon rayonunda 2 nəfər xəsarət alıb, qeyri-yaşayış obyektlərinə ziyan dəyib.
Svyatoşin rayonunda qeyri-yaşayış binası və restoranda yanğın baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Darnitsa rayonunda isə nəqliyyat infrastrukturu zədələnib. Bu rayonda xəsarət alan olmayıb.
10:55 22.10.2026
Oxunuş sayı: 83