Sərhədi keçən azərbaycanlı çobanla bağlı Ermənistandan qərar
Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan vətəndaşının Ermənistanla dövlət sərhədini keçməsi barədə yayılan xəbərləri rəsmən təsdiqləyib.
Bu barədə Crossmedia.az Ermənistan mediasına istinadən məlumat verir
"Oktyabrın 19-da saat 17:50-də Ermənistan Respublikası ərazisində (Tavuş vilayətində) Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkar edilib. Aparılan araşdırmalar nəticəsində onun yolu azdığı məlum olub", - deyə qurumun yaydığı məlumatda qeyd olunub.
MTX-dən bildirilib ki, hazırda Azərbaycan vətəndaşının öz evinə qaytarılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.(Oxu.az)
10:03 22.10.2026
Oxunuş sayı: 221