Putin MKİ rəhbəri ilə görüşməyib
Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliffin Moskvaya səfəri zamanı onunla görüşməyib.
Crossmedia.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov xüsusi xidmət orqanları arasında təmasların qapalı xarakter daşıdığını bildirib. Onun sözlərinə görə, bu təmasların nizamlanma prosesinə təsiri konkret təkliflərdən asılıdır.
Peskov həmçinin Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşünün MKİ rəhbərinin Moskvaya səfəri ilə heç bir əlaqəsinin olmadığını qeyd edib.
21:18 30.08.2026
Oxunuş sayı: 61