Leysan olacaq- XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 31-də yağışın bəzi yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimal edilir.
Bölgələrdə də qeyri-sabit hava şəraiti sentyabrın 1-dək davam edəcək. Bəzi yerlərdə leysan, şimşək və dolu gözlənilir.
Yağıntılarla əlaqədar çaylarda suyun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna edilmir.
19:56 30.08.2026
Oxunuş sayı: 55