Ukraynanın iki şəhərində ərzaq qıtlığı yaşanır
Ukraynanın Vinnitsa və İvano-Frankovsk şəhərlərində mağazalarda bəzi ərzaq məhsullarının çatışmazlığı müşahidə olunur.
Crossmedia.az xəbər verir ki, “UNİAN” bu barədə məlumat yayıb.
Məlumata görə, daha əvvəl Kiyev və Lvov şəhərlərindəki mağazalarda da ərzaq məhsullarının təchizatı ilə bağlı problemlərin yarandığı bildirilmişdi.
Qeyd edək ki, son günlər Ukraynanın müxtəlif şəhərlərində mağazalarda bəzi məhsulların çeşidinin azalması ilə bağlı məlumatlar yayılır. Ekspertlər problemin əsasən logistika və təchizat zəncirindəki çətinliklərlə bağlı olduğunu bildirirlər.
22:55 30.08.2026
Oxunuş sayı: 57