ABŞ ordusu İran müharibəsinin uzanmasından narahatdır
ABŞ hərbi rəhbərliyi İranla müharibənin uzanmasının ölkənin dünyanın müxtəlif bölgələrindəki silahlı qüvvələrini ciddi şəkildə tükədə biləcəyi barədə müdafiə naziri Pit Heqsetə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, "The Washington Post"-un məlumatına görə, hərbi rəhbərlərin sözlərinə əsasən, bir neçə ay davam edən əməliyyatlar ABŞ-ın gəmi, raket, pilotsuz uçuş aparatı və hava hücumundan müdafiə vasitələri ehtiyatlarını azaldıb. Bununla yanaşı, Avropa, Asiya və ABŞ daxilində yerləşən Amerika qüvvələrinin döyüş hazırlığı da aşağı düşüb.
ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndələri əməliyyatların hazırkı səviyyəsinin davam etdirilməsinin mümkün olmadığını bildiriblər. Onların məlumatına görə, esmineslərin yalnız təxminən dörddə biri döyüş bölgəsinə göndərilməyə hazırdır.
ABŞ Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin rəhbərləri əməliyyatların uzadılmasına razılıq versələr də, bunun döyüş hazırlığı üçün ciddi risklər yaratdığını xəbərdar ediblər.
21:06 30.08.2026
Oxunuş sayı: 48