Britaniya tankeri Hörmüz boğazında hücuma məruz qalıb
Britaniyaya məxsus neft tankeri Hörmüz boğazından keçərkən naməlum mərmi ilə vurulub.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bu barədə məlumat yayıb.
Hadisə avqustun 29-da Oman ərazisində yerləşən Xasab şəhərindən 22 kilometr şimalda baş verib. Tanker Fars körfəzinə doğru hərəkət edirmiş. UKMTO-nun məlumatına görə, gəmi Hörmüz boğazından keçərkən naməlum mərminin zərbəsinə məruz qalıb. Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, avqustun 23-də İran Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-in Tehrana qarşı iqtisadi təzyiqləri davam etdirəcəyi təqdirdə İranın Hörmüz boğazından neft ixracını dayandıracağını bildirib.
21:58 30.08.2026
Oxunuş sayı: 54