ABŞ məktəblərində dəhşətli statistika: 52 silahlı insident, 32 ölü
ABŞ-də 2026-cı ilin əvvəlindən oktyabrın 15-dək təhsil müəssisələrində 52 silahlı insident qeydə alınıb. Hadisələr nəticəsində 32 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, silahlı insidentlərin 16-sı universitetlərdə, 36-sı isə uşaq bağçaları və məktəblərdə baş verib.
Telekanalın məlumatında ABŞ-nin təhsil müəssisələrində silahlı insidentlərin ciddi təhlükəsizlik problemi olaraq qaldığı vurğulanıb.
CNN həmçinin son illərdə ölkənin məktəblərində silahlı insidentlərin sayının artması tendensiyasına diqqət çəkib.
12:09 17.10.2026
Oxunuş sayı: 54