Türkiyə və Misirin xarici işlər nazirləri Bağdadda görüşüblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan İraqın paytaxtı Bağdadda misirli həmkarı Bədr Əbdülati ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş oktyabrın 17-də Bağdadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyası çərçivəsində baş tutub.
Nazirlik görüşün məzmunu və müzakirə edilən məsələlər barədə əlavə məlumat açıqlamayıb.
Qeyd edək ki, İƏT-in “Dialoq və həmrəylik: Sülhün və davamlı inkişafın təşviqi üçün iki əsas dayaq” mövzusuna həsr olunan toplantısında İsrailin Qəzza zolağında davam edən hücumlarının, eləcə də İslam dünyasının müxtəlif bölgələrindəki münaqişələrin müzakirəsi gözlənilir.
12:59 17.10.2026
Oxunuş sayı: 52