Bu avtomobil yolununun bir hissəsi bağlanıb
Bakının Sabunçu rayonunda Zabrat–Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində oktyabrın 17-dən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.
Bu barədə Crossmedia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.
"Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - AAYDA-dan qeyd edilib.
12:22 17.10.2026
Oxunuş sayı: 58