İslandiya Aİ ilə danışıqları rədd etdi: “qızıl bilet” imici zədələndi
İslandiyanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını bərpa etməkdən imtina etməsi qurumun əsasən daha yoxsul ölkələr üçün iqtisadi imkan yaradan birlik kimi qəbul edildiyini göstərib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Avqustun 29-da keçirilən referendumda seçicilərin 52,8 faizi Aİ-yə üzvlük danışıqlarının bərpasına qarşı çıxıb, 47,2 faizi isə bunu dəstəkləyib. Seçici fəallığı 82,5 faiz təşkil edib.
“Financial Times”ın yazdığına görə, referendumun nəticəsi Aİ-nin təhlükəsizlik sahəsində ciddi tərəfdaş kimi mövqeyinə də xələl gətirə bilər. Qəzetə danışan Aİ diplomatlarından biri qurumun daha yoxsul Şərqi Avropa ölkələri üçün “iqtisadi qızıl bilet” kimi qəbul edilməsinin mənfi nəticələr doğura biləcəyini bildirib.
İslandiya hazırda Aİ-nin üzvü deyil, lakin Avropa İqtisadi Məkanında və Şengen zonasındadır. Referendumun nəticəsi ölkənin Aİ-yə üzvlük prosesinin yenidən başlamasını ən azı yaxın gələcək üçün dayandırıb.
23:05 30.08.2026
Oxunuş sayı: 64