Vəhşi filin hücumu faciə ilə nəticələndi: 28 yaşlı kişi ÖLDÜ
Hindistanın Tamilnad ştatında 28 yaşlı Pravin Kumar vəhşi filin hücumu nəticəsində həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “The New Indian Express” bu barədə məlumat yayıb.
Məlumata görə, Kumar nənəsini ziyarət etmək üçün Kambatti Kombay kəndinə yollanıb. Lakin qohumunun evinə çatmamış spirtli içki qəbul edib və avtobus dayanacağında yuxuya gedib.
Gecə yarısı oyanan kişi nənəsinin evinə piyada getməyə qərar verib. Ehtimal olunur ki, qaranlıqda yolu keçərkən fili görməyib və heyvanla qarşılaşıb.
Məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən, Kumar küt baş travması alıb. Ekspertlərin ehtimalına görə, fil əvvəlcə onu yerə yıxıb, daha sonra tapdalayaraq ölümünə səbəb olub.
Qeyd edək ki, daha əvvəl Cənubi Afrikadakı Krüger Milli Parkında fil sürüsünün tapdaladığı ehtimal edilən brakonyerin qalıqları aşkarlanmışdı.
22:23 14.10.2026
Oxunuş sayı: 56