Zelenski: Trampın simasında güclü tərəfdaşımızı itiririk
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın mövqeyinə görə məyus olduğunu bildirərək Vaşinqtonla münasibətlərdə güclü tərəfdaşını itirməkdən təəssüfləndiyini deyib.
Crossmedia.az xəbər verir ki, Zelenski bunu Pirs Morqana müsahibəsində bildirib.
Ukrayna liderinin sözlərinə görə, Trampın enerji atəşkəsi barədə açıqlaması və Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükü ilə bağlı razılaşması onda xəyanətə uğradığı hissini yaradıb.
“Təəssüf ki, güclü tərəfdaşımızı itiririk”, – deyə Zelenski qeyd edib.
O vurğulayıb ki, Ukrayna zəiflik nümayiş etdirə və dövlət suverenliyi məsələsində güzəştə gedə bilməz.
“Biz ölkəmizi satmırıq. Bizim üçün bu, biznes deyil, həyatımızdır. Prezident Trampın bizim tərəfimizdə deyil, başqa tərəfi seçməsi ağrılıdır. Biz neytrallığın əleyhinə deyilik, lakin neytral mövqe tutursansa, ona sadiq qalmalı, yanlış tərəfə keçməməlisən”, – deyə Zelenski bildirib.
22:58 14.10.2026
Oxunuş sayı: 59