Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfərə gəlib.
Crossmedia.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
19:46 14.10.2026
Oxunuş sayı: 59