Macarıstanda təyyarə oğurlanaraq AES-ə yönəldilib
Macarıstanda 24 yaşlı kişi aerodroma daxil olaraq Cessna 172 tipli yüngül mühərrikli təyyarəni oğurlayıb və Paks Atom Elektrik Stansiyasına doğru uçub.
Crossmedia.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, təyyarənin qarşısını almaq üçün iki JAS 39 Gripen qırıcısı havaya qaldırılıb.
Təyyarə tarlaya enib, bundan sonra kişi saxlanılıb. Polisin məlumatına görə, o, sərxoş vəziyyətdə olub.
20:28 30.08.2026
Oxunuş sayı: 65