Almaniya Leypsiqdəki hücuma görə Rusiyanı ittiham edir
Almaniya Kansleri Fridrix Merz Leypsiq şəhərində baş vermiş pilotsuz uçuş aparatı hücumuna cəhdin arxasında Rusiyanın dayandığını açıqlamağa və Moskvaya qarşı “genişmiqyaslı” sanksiyalar tətbiq etməyə hazırlaşır.
Crossmedia.az “Politico”ya istinadən xəbər verir.
Berlinin bu addımı Almaniyanın Rusiya ilə bağlı mövqeyinin daha da sərtləşməsi kimi qiymətləndirilir.
Almaniya hökumətinin planına əsasən, Rusiyanın ayrı-ayrı qurumlarına qarşı birbaşa tədbirlər görüləcək. Bununla paralel olaraq, Avropa İttifaqı da Brüsseldə hazırlanan yeni sanksiyalar paketini qəbul etməyə hazırlaşır.
Bu barədə məsələdən məlumatlı üç rəsmi şəxs “Politicii” və “Weltam Sonntang” nəşrlərinə açıqlama verib. Onlar həssas məsələ olduğu üçün adlarının açıqlanmasını istəməyiblər.
Məlumata görə, Almaniya hökumətinin qərarı gələn həftənin əvvəlində açıqlana bilər. Bu, çərşənbə axşamı İrlandiyada keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşü ilə eyni vaxta təsadüf edəcək.
Rəsmilərdən ikisinin sözlərinə görə, qərarın açıqlanması Merzin qərarından asılı olaraq daha erkən də baş verə bilər.
17:32 30.08.2026
Oxunuş sayı: 61