MEK əməkdaşı beynəlxalq elmi konqresdə iştirak edib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşı Cavid Məmmədli Türkiyənin Trabzon şəhərində keçirilən IX Siyasi Elmlər və Beynəlxalq Münasibətlər Konqresində iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə AMEA-nın Mərkəzi Elmi Kitabxanası məlumat yayıb.
MEK-in Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, doktorant Cavid Məmmədli konqresdə elmi məruzə ilə çıxış edib.
Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) dəstəyi ilə təşkil olunan tədbir qlobal nizamın transformasiyası, çoxqütblülük anlayışının dəyişməsi, regional amillərin artan rolu və beynəlxalq münasibətlər sahəsində yeni elmi yanaşmalara həsr edilib.
Konqres çərçivəsində Cavid Məmmədli “Almaniyanın Suriya böhranında iştirakının hərbi, diplomatik və humanitar aspektləri (2011–2021)” mövzusunda məruzə təqdim edib.
Bildirilib ki, azərbaycanlı tədqiqatçının çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda Cavid Məmmədli sertifikatla təltif olunub.
15:49 26.10.2026
Oxunuş sayı: 52